Cavid Qurbanovun müavinindən şikayətçi olanlar deputat Jalə Əliyevanın yolunu gözləyir

 

24saat.org saytının elektron poçtuna bir qrup Zərdab sakini tərəfindən şikayət ərizəsi daxil olub. Həmin şikayətdə hazırda Cavid Qurbanovun müavini vəzifəsində çalışan Xəqani Kazımovun 2013-cü ildə çəkdiyi 43 km uzunluğunda olan Zərdab-Mollakənd yolunun inşası zamanı yol verilən korrupsiya əməlləri qabardılır.

24saat.org saytı həmin məktubu olduğu kimi dərc edir:

Zərdab-Mollakənd yolu 20 min nəfərdən çox əhalinin yaşadığı 16 kəndi əhatə edir və ümumi uzunluğu 43 kilometrdir. Bu yolun tikintisi üçün dövlət büdcəsindən ayrılmış küllü miqdarda vəsait mənimsənildiyindən 2013-cü il tarixdə tikilən bu yol dağılaraq tam yararsız vəziyyətə düşmüşdür.

Bu yolun tikintisini Xəqani Kazımovun rəhbərlik etdiyi Azəryolservis ASC-nin 71 saylı Yol İstismarı İdarəsi həyata keçirmişdir. Xəqani Kazımov hazırdı Dəmir Yolu QSC-nin sədri Cavid Qurbanovun müavinidir. Görünür talançılıq bacarığına görə Cavid Qurbanov onu özünə müavin təyin etdirmişdir. Xəqani Kazımovun talançılığı nəticəsində sakinlər əziyyət çəksə də övladları kef-damaq içində yaşayır. Onun oğlu Səbail rayon prokurorluğunun əməkdaşı olan Vüsal Kazımov bahalı avtomobillərin (kolleksiyası) xəstəsidir. Həmin bahalı avtomobillər Zərdab-Mollakənd yolunda hərəkət etsə dərhal xarab olar. 43 km uzunluğu olan Zərdab-Mollakənd yolunun yararsız hala düşməsinin səbəbkarı olan Xəqani Kazımovun talançılıq əməllərinin araşdırılmasına zərurət var.

Biz Zərdab rayon sakinləri həmin rayonun deputatı olan Jalə Əliyevadan xahiş edirik ki, bir dəfə Zərdaba həmin yolla gəlsin və tədbir görülməsi məsələsini Milli Məclisin iclasında qaldırsın.

Zərdab rayonunun deputatı Jalə xanım yolunuzu gözləyirik.

Bu blogdaki popüler yayınlar

Türkiyədə həbsdə olan FƏTÖ-çunun oğlu Göyçayda zavod işlədir: tükürpədici faktlar/Foto

Qüdrət Qurbanov Bəylər Əyyubovu niyə hədəfə gətirmək istəyir?

İlhamsancmalar