Kayıtlar

Eylül, 2010 tarihine ait yayınlar gösteriliyor

Heydər Əliyevin Siyasi karuselinin davamı

  Çox deyil, bir neçə gün öncə Azərbaycanımızda Milli Məclisə seçkilər adı altında YAP-şou oldu. Diqqət etdinizsə, “baş tutdu” yazmadım, çünki, 7 noyabrda olsa-olsa YAP iqtidarsızlığı tərəfindən seçkinin başı tutuldu… Təvazökarlıqdan İlham Əliyevin demokratiyadan olduğu qədər uzaq olsa da, bildirim ki, bəndəniz hələ seçki marafonu başlamazdan həftələr əvvəl tanınmış yazar Natiq Ədilovla danışarkən bu iqtidarsızlığın demokratik kəsimdən 3 nəfərin millət vəkili kimi haqqını tanıyacağını bildirmışdim. Natiq bəy “3 nəfər” kəlməsini eşidib “Allahın olsun, bəy” demişdi. Bu mən, bu YAP, bu da ALLAH!.. Xalqın bu seçkilərdəki seçimsizliyini izləmək çox əzablı idi. Ona görə yox ki, nəticələr əvvəldən bəlli idi, ona görə ki, hamı müxalifət təmsilçilərinə səs verib, müqəddəs səslərinin qutulardan çıxacağına ümid edərkən,  İlham Əliyev  “karusel” düyməsinə basmışdı. Və beləliklə də, onu idarə edən YAP iqtidarsızlığı hər zaman olduğu kimi yenə də kütlənin ümidini qırdı. Yəni Heydər Əliyev siyasi kur