Kayıtlar

Nisan, 2017 tarihine ait yayınlar gösteriliyor

Ramiz Mehdiyevdən əzələ nümayişi?

Resim
Prezident   Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin   Azərbaycan   Milli Elmlər Akademiyasının (AMEA) ümimi yığıncağında ön plana çıxması bəzi mülahizələrə səbəb olub. Doğrudur, Ramiz Mehdiyev akademik kimi AMEA-nın ümumi yığıncaqlarında iştirak edib və bu qeyri-adi qarşılanmayıb. Bu dəfə isə Ramiz Mehdiyevin AMEA-nın yığıncağında iştirakı və ön planda olması “ Prezident   Administrasiyası ləğv edilir”, “Ramiz Mehdiyev yola salınır” və s. bu kimi iddialardan sonraya təsadüf edib. Yada salaq ki, bir neçə gün əvvəl prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə “Dövlət qulluğu haqqında” Qanun layihəsinə təklif edilən əlavə və dəyişikliklər Milli Məclis tərəfindən qəbul olunub. Layihədə  Prezident  Administrasiyasının adının “orqan” sözü ilə əvəzlənməsi qurumun ləğvi və Ramiz Mehdiyevin yola salınması kimi təqdim edilib. Sonradan  Prezident  Administrasiyasının yalnız referendum vasitəsilə ləğv edilə biləcəyi aydın olsa da, Ramiz Mehdiyevin istefaya göndəriləcəyi barədə iddial