Kayıtlar

Eylül, 2016 tarihine ait yayınlar gösteriliyor

Çovdarov işi: “GEN” MMC-dən “Sevil massivinə”dək – Tükürpədən faktlar

Resim
Bir zaman varıydı, hər həftə   Prezident   Administrasiyası önündə aksiyalar keçirilərdi. PA rəsmiləri etirazçıları qəbul edər, dinləyər, sonra dərdinə burada dərman olmadığını deyib prokurorluğu göstərərdi. Aksiyaçılar prokurorluğa, oradan məhkəməyə üz tutardı…Və belə-belə həftələr ayları, aylar illəri əvəzləyər, təqvim dəyişər, nəticə dəyişməzdi. Son qurban kimdir? İndi-indi məlum olur ki Bakıda fırıldaqçı tikinti şirkətlərinin dalbadal tələsinə düşən bu insanları iş adamları ilə üzbəüz qoyan MTN-dəki ifşa edilmiş şəbəkə imiş. Eldar Mahmudov-Akif Çovdarov tandemi paytaxtda binalar inşa edən MTK rəhbərlərinin xirtdəyindən elə yapışırmış ki, sahibkar da payçını aldatmağa təhrik olurmuş. 24saat.org  MTK-ların MTN-nin caynağına necə keçməsi və hansı tikinti firmalarının qurban olması haqda media üzərindən statistik arayış hazırlayıb: Belələrindən sonuncusu “Sevil” massivi olub. “Sevil” massivi ilə bağlı cinayət işinin başlanması barədə sifarişin də E.Mahmudov tərəfindən gəlməsi iddia edi