Kayıtlar

Ekim, 2016 tarihine ait yayınlar gösteriliyor

İlham Əliyevin gəlişi adı ilə Füzulidə pul yığılır – Faktlar

Resim
Füzuli rayonunda prezidentin gəlişi adı ilə idarələrdən pul yığmağa başlandığını bildirmişdik və siyahını təqdim edəcəyimizi söyləmişdik. Şöbələrdə yığım mövsümü 24saat.org-a verilən məlumata görə, rayon Mədəniyyət şöbəsinin müdiri və onun mühasibi musiqi məktəblərinin bir aylıq maaşı həcmində pul yığmaq üçün direktorlara tapşırıq verib. Mədəniyyət və Turizm Nazirliyi də nəyinsə xətrinə Elman Məmmədova dinmir. Rayon  təhsil  şöbəsində isə Şadiyyə Qəhrəmanovanın rəhbərliyi altında yeni metodlarla pul yığılır. Burada pul yığımının birinci variantı Təhsil Nazirliyi tərəfindən 5 yaşlılar üçün nəzərdə tutulub. Dövlət tərəfindən maliyyələşən qrupların açılması üçün hər məktəbdən 800-1000 manat istənilir. İkinci variant isə məktəblərə xəstə uşaqların verilməsidir. Nəzərə alsaq ki  təhsil  şöbəsində Ş.Qəhrəmanova hər şagird üçün 250-300 manat istəyir, o halda direkorlar razılaşmaya bilmir. Çünki il boyu onlar bir şagird üçün bir aklat pulu asanca alır və mənimsəyirlər. Rayonda elə məktəblər va

Qorxmaz Hüseynov yüzlərlə ailəni çörəksiz qoydu – Təfərrüat

Resim
  “Azərsu” ASC-də kütləvi ixtisarlar başlanıb. Bu barədə 24saat.org-un əməkdaşı qurumun qəza xidmətində çalışan işçilərdən biri məlumat verib. İxtisar əmrini kim verib? Onun sözlərinə görə, nəhəng dövlət müəssisəsində kütləvi şəkildə ixtisarlar getməkdədir. Artıq qurum rəhbərliyi tərəfindən hamıya bildirişlər paylanıb. Qəza xidmətinin gecə növbətçisi olan şəxsin sözlərinə görə, hamıya xəbərdarlıq olunub. Artıq “Azərsu”nun həm  Bakı , həm yerli şöbələrində işçilərin sayı kifayət qədər azaldılacaq. Buna səbəb kimi iqtisadi böhran və büdcə xərclərinin azaldılması göstərilib. Məsələn, qəza xidmətinin gecə işçiləri tamamilə ləğv ediləcək. Bu o deməkdir ki, paytaxtın hər hansı ərazisində qəza baş verərsə, “Azərsu” ASC əməkdaşları hadisə yerinə cəlb oluna bilməyəcək. Qurum prezidenti Qorxmaz Hüseynovun əmri ilə başladılan ixtisarlar yüzlərlə ailənin işsiz və çörəksiz qalması deməkdir. Bildiriş alan işçilər prezident İlham Əliyevə müraciət etməyə hazırlaşır. Onların sözlərinə görə, ölkədə iqti

Nərimanov Rayon İcra Hakimiyyətini ifşa edən “hörmət” siyahısı

Resim
  Bu gün “Mətbuat Şurası”nda 24saat.org saytına qarşı təşkil olunmuş qərəzli toplantıdan sonra yayımladığımız “Mətbuat Şurasının başından böyük QƏRƏZİ” yazısından sonra saytımızın elektron poçtuna daxil olan əlahəzrət FAKT bizim özümüzü də təəccübləndirə bilib. Yazının sonunda təqdim etdiyimiz həmin fakt 21.07.2015-ci il tarixdə o zamanlar Nərimanov RİH əməkdaşı olan şəxs tərəfindən yanlışlıqla bir çox mətbu orqana göndərilib. Daha sonra məktubu alan bütün media qrumlarına bir-bir zəng edərək göndərilən yazının girişindəki MÜƏMMALI siyahını yazıdan silməyi xahiş edərək yaşana biləcək rəzillikdən müvəqqəti olaraq yaxa qurtara biliblər. Saytımızın elektron ünvanına göndərilən həmin siyahının görüntüsünü təqdim edirik. Hesab edirik ki, Nərimanov rayon icra hakimiyyətinin başçısı cənab Abidin Fərzəliyev yaydığımız bu görüntülərə aydınlıq gətirə biləcək. Ceyhun Mammadov 24saat.org