Kayıtlar

Mart, 2017 tarihine ait yayınlar gösteriliyor

Türkiyədə həbsdə olan FƏTÖ-çunun oğlu Göyçayda zavod işlədir: tükürpədici faktlar/Foto

Resim
  “Biz, Göyçay rayonunun Cəyirli kəndi ərazisində yerləşən “Kerpics­an” Göyçay Kərpic Zavodunda işləyirdik. Burada 100 nəfərdən çox adam işləsə də, vergidən yayınmaq üçün 10-15 nəfərlə əmək müqaviləsi bağlayıblar. Bunun nəticəsində də bizim əmək hüquqlarımız kobud şəkildə pozulub. Biz bu qanunsuzluğa son qoyulmasını tələb etdikdə qanunsuz olaraq işdən çıxarıldıq”. Bu sözləri 24saat.org-a zavodun işçiləri şikayət məktubunda yazıb. Onların sözlərinə görə, Türkiyədən qaçaq düşən çoxlu sayda Fətullah Gülənin adamları hazırda bu kərpic zavodunda işləyib burada gizlənirlər. “Biz  Azərbaycan  vətəndaşı olsaq da, qanunu haqqımızı tələb etdiyimiz üçün işdən qanunsuz olaraq kənarlaşdırıldıq. Uzun illər işlədiyimiz əmək stajımızı batırdılar. Bu kərpic zavodu  Türkiyə  vətəndaşı, türk iş adamı olan Nuri Alim və oğlu Fateh Alimə məxsusdur. Həmin şəxslər hazırda Türkiyədə həbsdə olsalar da, kiçik oğlu Xəlil burada Azərbaycanda gizlənərək bu zavodu işlədir. Bu zavodda istehsal olunan kərpiclərdən  Ba

Qüdrət Qurbanov Bəylər Əyyubovu niyə hədəfə gətirmək istəyir?

Resim
  Uzun müddətdir ki, ölkə mətbuatında “Yunıy Moryak” adlı gəminin oğurlanması, sonradan gəmiyə saxta sertifikat verilməsi ilə bağlı olayın təfərrüatları dərc olunur.   Azərbaycan   Dövlət Dəniz Adminstrasiyasının rəhbəri Qüdrət Qurbanovun birbaşa iştirakı ilə həyata keçirilmiş bu ağlagəlməz oğurluq olayının qaranlıq məqamlarına aydınlıq gətirmək məqsədilə Savash.org əməkdaşı “Yunıy Moryak” gəmisinin sahibi Qəmbər Səfərovla görüşüb. Sözlərinə “kaş Azərbaycana gəlməz olaydım” cümləsi ilə başlayan açıqlamasını həyacansız dinləmək olmur. O danışdıqca xəyalən sanki orta əsrlərə, dəniz quldurlarının iştirakı ilə reallaşan əsatirlərə qayıdır adam. Olay isə orta əsrlərdə yox, 21-ci əsrdə baş verib, motiv isə elə orta əsrlərdəki dəniz quldurlarının əməllərinin eynisidir. Beləliklə… İş adamı böyük ümidlərlə Rusiyada aldığı gəmini Azərbaycana gətirir… Qəmbər Səfərov Savash.org əməkdaşına bildirib ki, o uzun illər  Rusiya  Federasiyasında gəmi və gəmi avadanlıqlarının alqı-satqısı ilə məşğul olub.

Ziya Məmmədovun rayonları PAŞAYEVLƏRİN nəzarətinə keçir – ŞOK TƏFSİLAT

  Ləğv olunmuş Nəqliyyat Nazirliyinin rəhbəri Ziya Məmmədovun kurasiyasındakı rayonlar əlindən çıxır. 24saat.org -a verilən məlumata görə,  Göyçay dan sonra  Ucar ,  Quba  və  Goranboy da icra başçısı vəzifələrinə də paşayevlərin kadrlarının gətirilməsi nəzərdə tutulur. Məlumatda Göyçayın yeni icra başçısı Mehdi Səlimzadənin paşayevlər klanına yaxın olduğu bildirilir və bu rayonun keçmiş nazirin nəzarətindən çoxdan çıxdığı söylənir. Əvvəllər Mübariz Ağayev və Mənsur Məmmədov Göyçaya ayrı-ayrı vaxtlarda rəhbərlik ediblər. Hər iki şəxsin eks-nazirə yaxın olduğu sirr deyil. M.Səlimzadənin gətirilməsi ilə Göyçayda  Bakı  qruplaşmasına həvalə olunub. İddialara görə, Ucarın icra başçısı Mənsur Məmmədovun da vəzifəsindən kənarlaşdırılması planlaşdırılır. M.Məmmədov  Z.Məmmədovun xalası oğludur  və nazir işindən uzaqlaşdırılandan sonra onun da postunda qalması sual altındadır. Eyni zamanda Goranboyun icra başçısı Nizaməddin Quliyev və Qubanın icra hakimi Yaşar Məmmədovun da sabiq nazirə yaxın