Kayıtlar

Cavid Qurbanovun müavinindən şikayətçi olanlar deputat Jalə Əliyevanın yolunu gözləyir

Resim
  24saat.org saytının elektron poçtuna bir qrup Zərdab sakini tərəfindən şikayət ərizəsi daxil olub. Həmin şikayətdə hazırda Cavid Qurbanovun müavini vəzifəsində çalışan Xəqani Kazımovun 2013-cü ildə çəkdiyi 43 km uzunluğunda olan Zərdab-Mollakənd yolunun inşası zamanı yol verilən korrupsiya əməlləri qabardılır. 24saat.org saytı həmin məktubu olduğu kimi dərc edir: Zərdab-Mollakənd yolu 20 min nəfərdən çox əhalinin yaşadığı 16 kəndi əhatə edir və ümumi uzunluğu 43 kilometrdir. Bu yolun tikintisi üçün dövlət büdcəsindən ayrılmış küllü miqdarda vəsait mənimsənildiyindən 2013-cü il tarixdə tikilən bu yol dağılaraq tam yararsız vəziyyətə düşmüşdür. Bu yolun tikintisini Xəqani Kazımovun rəhbərlik etdiyi Azəryolservis ASC-nin 71 saylı Yol İstismarı İdarəsi həyata keçirmişdir. Xəqani Kazımov hazırdı Dəmir Yolu QSC-nin sədri Cavid Qurbanovun müavinidir. Görünür talançılıq bacarığına görə Cavid Qurbanov onu özünə müavin təyin etdirmişdir. Xəqani Kazımovun talançılığı nəticəsində sakinlər əziyyə

İlham Əliyevin sərəncamı niyə və necə yoxa çıxıb? TƏHSİL NAZİRLİYİNDƏ MÜƏMMALI OYUNLAR

Resim
Azərbaycan   respublikası prezidenti İlham Əliyevin 11 Yanvar 2017-ci il tarixli 2589 saylı sərəncamı müəmmalı şəkildə yoxa çıxıb 24saat.org   saytının apardığı araşdırma nəticəsində məlum olub ki, ölkə başçısının  11 Yanvar 2017-ci il tarixli   2589  saylı sərəncamı müəmmalı şəkildə icraatdan yayındırılmaqla yanaşı, bütün internet resurslarından, o cümlədən də  president.az  saytından silinib. Məlumat üçün bildirək ki, məlum sərəcnama əsasən Mətin Balasən oğlu Eynullayev  Azərbaycan  Respublikasının  təhsil  nazirinin müavini təyin edilib. (http://www.e-qanun.az/framework/34757) Xatırladaq ki, ölkə başçısının məlum sərəncamından sonra Nazirlər Kabinetinin 28.02.2017 tarixli qərarı ilə də Eynullayev Mətin Balasən oğlunun  təhsil  nazirinin müavini vəzifəsinə təyin edildiyi təsdiqlənib.  ( http://cabmin.gov.az/?/az/pressreliz/view/2268/ ) Qərardan çıxarış: 1.1. “Qurbanov Firudin İsa oğlu –  Azərbaycan  Respublikası  təhsil  nazirinin müavini” sözlərindən sonra “Eynullayev Mətin Balasən

Elçin Quliyevlə bağlı sərəncam nəyə xidmət edir? - "NAXÇIVAN KLANI" TƏRKİSİLAH EDİLİR

Resim
  İyunun 5-də prezident İlham Əliyevin general-polkovnik Elçin Quliyevin Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsinə təyin olunması barədə sərəncam imzaladığı məlum oldu. Sözügedən sərəncam ictimaiyyət tərəfindən təəccüblə qarşılandı. Sosial şəbəkələrdə Elçin Quliyevin Dövlət Sərhəd Xidmətinin rəisi olduğu önə çəkilərək yenidən belə bir sərəncamın imzalanmasının hansı zərurətdən doğduğu barədə suallar ortaya atıldı. Məsələ burasındadır ki, Elçin Quliyev iyunun 5-nə qədər təkcə Dövlət Sərhəd Xidmətinin rəisi olmayıb. O, həm də Sərhəd Qoşunlarının komandanı vəzifəsi icra edib. Prezidentin yeni sərəncamından isə aydın olur ki, Elçin Quliyev artıq komandan deyil . Məlumat üçün deyək ki, Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsi 2002-ci ildə təsis edilib. Ona qədər Sərhəd Qoşunlarının komandanı vəzifəsi olub. Bu vəzifəni icra edən şəxs eyni zamanda milli təhlükəsizlik nazirinin müavini postu tutub. Yəni, Sərhəd Qoşunları, ümumiyyətlə sərhəd xidməti Milli Təhlükəsizlik Nazirliyinin nəzdində olub

Ermənistan və ermənilər Əli Kərimliyə qarşı – QARABAĞ TƏHLÜKƏDƏ!

Resim
Münaqişə yaranan gündən ermənilərin Qarabağı Azərbaycanın tərkibində ən yüksək muxtariyyət kimi istəməmələrinin bir bəhanəsi olub – Azərbaycanda demokratiya yoxdur, orda bizim haqq və hüquqlarımız tapdalanacaq. Bəli, əzəli və əbədi   Azərbaycan   torpağı olan Qarabağın sülh yolu ilə Azərbaycana qaytarılmasının qarşısında dayanan ən böyük maneə Azərbaycana hakim kəsilən anti-demokratik rejimidir. Başqa sözlə, Qarabağın Azərbaycana qaytarılmasının qarşını alan ən böyük maneə hazırki YAP iqtidarıdır. Məsələyə başqa aspektdən yanaşanda məlum olur ki, Qarabağın Azərbaycana qaytarılmaması üçün Ermənistanın əlində olan ən güclü silah da elə məhz bu hakimiyyətdir. Yəni  Azərbaycan  iqtidarı kreslosunu itirməmək üçün nə qədər çirkin yollara əl atırsa, Ermənistan da dövlət olaraq bu hakimiyyətin Azərbaycanın iqtidarında qalmasında o qədər maraqlıdır. Çünki Azərbaycanda demokratik hakimiyyət formalaşacağı təqdirdə əllərində olan “ən güclü silahları” işə yaramayacaq, dolayısıyla Qarabağın Azərbayc

İlham Əliyevdən 28 MAY xətası – TARİXİ SƏHV YAZDI

Resim
Dünən Azərbaycanın ölkə başçısının rəsmi twitter hesabından Respublika günü münasibətiylə yazdığı mesajda tarixi yanlışlığa yol verilib. 24saat.org saytı bildirir ki, ölkə başçısı Şərqdə ilk demokratik dövlət olan   Azərbaycan   xalq Cumhuriyyətinin yaranma gününü 28 May olaraq deyil, 18 May olaraq qeyd edib. @azpresident hesabından yazılan həmin mesajı olduğu kimi sizə təqdim edirik: https://twitter.com/azpresident/status/868480365287153664 Ceyhun Mammadov 24saat.org

Abid Şərifov kürəkəni ilə deputat Elxan Süleymanovun “torpaqaldı yarışması” – İSMAYILLIDA PUL SAVAŞI

Resim
Baş nazirin müavini Abid Şərifovla deputat Elxan Süleymanov arasında münasibətlər gərginləşib. 24saat.org -a daxil olan məlumatda bildirilir ki, məsələnin kökündə biznes maraqları dayanır. İddiaya görə, Abid Şərifovun kürəkənu İsmayıllı rayonunun Buynuz kəndində “dağ dibi” adlanan əarazidə torpaq sahələrini satın alır. Güman ki, həmin ərazilərdə müxtəlif obyektlərin inşası nəzərdə tutulur. Eyni addımı Şamaxıdan mandat sahibi edilən Elxan Süleymanov da atır. Məlumatda bildirilir ki, bu səbəbdən Abid Şərifovun kürəkəni ilə Elxan Süleymanov arasında sərt rəqabət gedir. “Biznesmen”lərdən biri ərazinin şimalından, digəri isə cənubundan başlayaraq torpaqları böyük sürətlə almaqla sanki bir-birləri ilə yarışırlar. Əldə etdiyimiz digər məlumatda isə, Abid Şərifovun da məsələyə müdaxilə etdiyi, kürəkənin nəfinə Elxan Süleymanovun əngəllənməsinə nail olmağa çalışdığı vurğulanır. Lakin qarşı tərəfin Abid Şərifovun bu müdaxiləsinə layiqli şəkildə qarşılıq verməsi, hətta ona sərt şəkildə qulaqburma

Azərbaycanlı məmurun ermənilərlə əylənən oğlu – ŞOK FAKTLAR

Resim
  Onun ən yaxın dostları ermənilərdir Ukraynanın Donetsk şəhər Azərbaycanlıları Konqresinin sədri Malik Pirverdiyevin oğlunun müzakirələrə səbəb olan şəkilləri yayılıb.   24saat.org İstiPress-ə istinadən xəbər verir ki, konqres prezidentinin oğlu Cəlal Pirverdiyev sosial şəbəkədə erməni dostları ilə birlikdə çoxsaylı şəkillərini paylaşıb. Araşdırma zamanı məlum olub ki, Cəlalın ən yaxın dostları erməni əsilli Avaqyan Avak, Palyan Devid və Taşliyan Harundur. Malik Pirverdiyev     Cəlalın dostları isə öz profillərində Donetsdə yaşamaları və  Ermənistandan olmaları barədə də məlumat qeyd edib. Qeyd edək ki, Cəlal Pirverdiyev Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Donetsk Vilayət təşkilatının sədridir. Ceyhun Mammadov 24saat.org

Ramiz Mehdiyevdən əzələ nümayişi?

Resim
Prezident   Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin   Azərbaycan   Milli Elmlər Akademiyasının (AMEA) ümimi yığıncağında ön plana çıxması bəzi mülahizələrə səbəb olub. Doğrudur, Ramiz Mehdiyev akademik kimi AMEA-nın ümumi yığıncaqlarında iştirak edib və bu qeyri-adi qarşılanmayıb. Bu dəfə isə Ramiz Mehdiyevin AMEA-nın yığıncağında iştirakı və ön planda olması “ Prezident   Administrasiyası ləğv edilir”, “Ramiz Mehdiyev yola salınır” və s. bu kimi iddialardan sonraya təsadüf edib. Yada salaq ki, bir neçə gün əvvəl prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə “Dövlət qulluğu haqqında” Qanun layihəsinə təklif edilən əlavə və dəyişikliklər Milli Məclis tərəfindən qəbul olunub. Layihədə  Prezident  Administrasiyasının adının “orqan” sözü ilə əvəzlənməsi qurumun ləğvi və Ramiz Mehdiyevin yola salınması kimi təqdim edilib. Sonradan  Prezident  Administrasiyasının yalnız referendum vasitəsilə ləğv edilə biləcəyi aydın olsa da, Ramiz Mehdiyevin istefaya göndəriləcəyi barədə iddial

Türkiyədə həbsdə olan FƏTÖ-çunun oğlu Göyçayda zavod işlədir: tükürpədici faktlar/Foto

Resim
  “Biz, Göyçay rayonunun Cəyirli kəndi ərazisində yerləşən “Kerpics­an” Göyçay Kərpic Zavodunda işləyirdik. Burada 100 nəfərdən çox adam işləsə də, vergidən yayınmaq üçün 10-15 nəfərlə əmək müqaviləsi bağlayıblar. Bunun nəticəsində də bizim əmək hüquqlarımız kobud şəkildə pozulub. Biz bu qanunsuzluğa son qoyulmasını tələb etdikdə qanunsuz olaraq işdən çıxarıldıq”. Bu sözləri 24saat.org-a zavodun işçiləri şikayət məktubunda yazıb. Onların sözlərinə görə, Türkiyədən qaçaq düşən çoxlu sayda Fətullah Gülənin adamları hazırda bu kərpic zavodunda işləyib burada gizlənirlər. “Biz  Azərbaycan  vətəndaşı olsaq da, qanunu haqqımızı tələb etdiyimiz üçün işdən qanunsuz olaraq kənarlaşdırıldıq. Uzun illər işlədiyimiz əmək stajımızı batırdılar. Bu kərpic zavodu  Türkiyə  vətəndaşı, türk iş adamı olan Nuri Alim və oğlu Fateh Alimə məxsusdur. Həmin şəxslər hazırda Türkiyədə həbsdə olsalar da, kiçik oğlu Xəlil burada Azərbaycanda gizlənərək bu zavodu işlədir. Bu zavodda istehsal olunan kərpiclərdən  Ba

Qüdrət Qurbanov Bəylər Əyyubovu niyə hədəfə gətirmək istəyir?

Resim
  Uzun müddətdir ki, ölkə mətbuatında “Yunıy Moryak” adlı gəminin oğurlanması, sonradan gəmiyə saxta sertifikat verilməsi ilə bağlı olayın təfərrüatları dərc olunur.   Azərbaycan   Dövlət Dəniz Adminstrasiyasının rəhbəri Qüdrət Qurbanovun birbaşa iştirakı ilə həyata keçirilmiş bu ağlagəlməz oğurluq olayının qaranlıq məqamlarına aydınlıq gətirmək məqsədilə Savash.org əməkdaşı “Yunıy Moryak” gəmisinin sahibi Qəmbər Səfərovla görüşüb. Sözlərinə “kaş Azərbaycana gəlməz olaydım” cümləsi ilə başlayan açıqlamasını həyacansız dinləmək olmur. O danışdıqca xəyalən sanki orta əsrlərə, dəniz quldurlarının iştirakı ilə reallaşan əsatirlərə qayıdır adam. Olay isə orta əsrlərdə yox, 21-ci əsrdə baş verib, motiv isə elə orta əsrlərdəki dəniz quldurlarının əməllərinin eynisidir. Beləliklə… İş adamı böyük ümidlərlə Rusiyada aldığı gəmini Azərbaycana gətirir… Qəmbər Səfərov Savash.org əməkdaşına bildirib ki, o uzun illər  Rusiya  Federasiyasında gəmi və gəmi avadanlıqlarının alqı-satqısı ilə məşğul olub.