Kayıtlar

Nisan, 2016 tarihine ait yayınlar gösteriliyor

Paşayevlərin əlindəki “girov” Mehdiyev-Heydərov ittifaqına qarşı

Resim
Azərbaycan hakimiyyətinin üst qatında daxili ziddiyyətlər kəskinləşərək yenidən özünün idarəolunmaz halına dönüşməkdədir. Üzdən hər şey sakit və birinci şəxsin nəzarəti altındaymış kimi görüntü yaratsa da, 24saat.org-a daxil olan məlumatlar bu görüntünün aldadıcı olduğunu düşünmək üçün əsaslar verir. Hakimiyyətin üst qatından sızan məlumatlara inansaq, hazırda Azərbaycan siyasi elitasında indiyə qədər görünməmiş çaxnaşma və gərginlik yaşanmaqdadır. Bu gərginliyin əsasında isə Prezident Adminstrasiyası (PA) rəhbəri, Kremlin ölkəmizdəki əsas dayaqlarından sayılan Ramiz Mehdiyevlə son illər iqtisadi qüdrətini həm də siyasi gücə çevirməyi bacarmış Paşayevlər komandası arasındakı ziddiyyətlər durur. Qərbə tam inteqrasiya olmasa da, Qərblə normal münasibətlərin qurulması tərəfdarı kimi çıxış edən Paşayevlər Mehdiyev faktoru ilə üz-üzədir. Mehdiyevin gücdən düşməsi, artıq proseslərdən kənarlaşması haqda dezinformasiyalar ölkə mediasında nə qədər populyar olsa da, fakt faktlığında qalır. Ki, P