Kayıtlar

Haziran, 2016 tarihine ait yayınlar gösteriliyor

Gedin, Əli Kərimlidən üzr istəyin

Resim
Hökumət AXCP sədrinin haqlı olduğunu necə etiraf edir? Aprelin əvvəlində cəbhədə atəşkəsin pozulmasını və 3 günlük gərgin döyüşləri hamı yaxşı xatırlayır. Bu döyüşlərdə 100-ə yaxın hərbçimiz şəhid oldu, xeyli sayda əsgərlərimiz yaralandı, amma ordumuz əzmkarlıq nümayiş etdirərək düşmənə layiqli cavab verdi. Təbii ki, bu 3 günlük döyüş zamanı düşmən də böyük itkilər verdi və ordumuz bəzi yüksəklikləri ələ keçirdi. Bu gərgin vəziyyətdə ölkə müxalifəti də orduya birmənalı dəstək verdi və ümumi həmrəyliyin yaranması təmin edildi. Amma uzun illərdən sonra yaranmış fürsətdən yenə də istifadə edilmədi və hökumətimiz birtərəfli atəşkəs elan etdi. Bundan sonra düşmən yenə də atəşkəsə əməl etmədi və atəşkəsi kobud şəkildə pozmağa davam etdi. Əlbəttə ki, hökumətin bu mənasız geriçəkilməsi cəmiyyətdə etirazla qarşılandı. Hamı başa düşürdü ki, belə vəziyyətdə geri çəkilmək sülhpərvərliyin yox, prinsipsizliyin göstəricisidir. Təbii ki, baş verənlərə AXCP sədri Əli Kərimli də sərt mövqe sərgilədi. Əl

Mikayıl Cabbarov Abel Məhərrəmova qarşı

Resim
  Təhsil naziri Mikayıl Cabbarov   Bakı   Dövlət Universitetini (BDU) nəzarətə götürmək istəyir. Məlumata görə,  təhsil  naziri bütün səylərini Abel Məhərrəmovun rektor vəzifəsindən çıxarılmasına yönəldib. Məlumat üçün deyək ki, Mikayıl Cabbarov  təhsil  naziri təyin olunduqdan sonra bir neçə ali  təhsil  ocağını nəzarətə götürə bilib. Bu sırada İqtisad Universitetini, Slavyan Dilləri Universitetini və Pedaqoji Universiteti göstərmək olar. İqtisad Universitetinin yeni rektoru Ədalət Muradov İqtisadi İnkişaf Hazirliyində Mikayıl Cabbarovla işləyib. Slavyan Dilləri Universitetinin rektoru Hurlana Əliyeva və Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov da Mikayıl Cabbarova yaxın şəxsdir. Məlumatda bildirilir ki, Abel Məhərrəmovu yerindən tərpətmək  təhsil  naziri üçün o qədər də asan deyil. Abel Məhərrəmov  Prezident  Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə arxayındır. Hazırda universitet faktiki olaraq PA rəhbərinin nəzarətindədir. Deməli, Mikayıl Cabbarov istəyini reallaşdırmaq üçün

ANSpress Mədət Quliyevə “ilişdi”

Resim
  Ölkənin aparıcı informasiya saytlarından olan ANSpress.com saytı Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevin tutduğu vəzifəni təhrif edib. 24saat.org saytı xəbər verir ki, 25 İyun 2016-cı il tarixində anspress.com saytında DTX rəisi Mədət Quliyev MTN rəhbəri kimi təqdim olunub. Məlumat üçün bildirək ki, artıq bir neçə aydır ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbərlərinin cinayət əməllərinə görə bu qurum ictimaiyyət arasında mənfi reputasiya qazanıb. Daha sonra məsələyə müdaxilə edən ölkə başçısının fərmanı ilə  Azərbaycan  Respublikasında xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə MTN ləğv olunaraq əvəzinə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. Bunun ardınca  Prezident   İlham Əliyev  Mədət Quliyevin  Azərbaycan  Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi təyin edib. Maraqlı burasındadır ki, yüksək peşəkar

Qanına qəltan edilən Qəhrəman - Şahmərdan Cəfərov

Resim
  Şahmərdan Cəfərov - Siyasi sifarişlə öldürülən Millət Vəkili Azərbaycanın son 20 illik tarixində baş verən siyasi qətllərlə bağlı silsilə araşdırmalarımızı davam edirik. Bu dəfə 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin keçmiş komandanı, millət vəkili Şahmərdan Cəfərov haqqında danışacağıq. Qəhrəmanlar ölmür, deyirlər. Onlar bəzən unudulurlar. Elə qəhrəmanlar da var ki, öz xalqının azadlıq simvoluna çevrilir. Belələri qəhrəman adını öz xalqının azadlığı uğrunda mübarizə apararaq qazananlardı. Babək kimi, Uilyam Volos kimi... Azərbaycanın uzaq və yaxın tarixində azadlıq uğrunda canından keçən elə qəhrəmanlarımız var ki, həmin qəhrəmanları qəsdən, indiki hakimiyyətin xüsusi siyasəti nəticəsində unutdurmağa çalışıblar bizə. Belə qəhrəmanlardan biri də Naxçıvanda Şərur özünümüdafiə batalyonunun komandanı olmuş Şahmərdan Cəfərovdur. Silahdaşları onu 90-cı illərin canlı əfsanəsi adlandırırlar. Əksər naxçıvanlılar isə belə hesab edir ki, o olmasaydı bəlkə də Naxçıvan indi düşmən tapdağı altında qa

Binəqədidə 19 qəbirsiz şəhid “məzarından” edildi – UTANC

Resim
Qönçə Şükürova: “İdarənin rus rəhbərliyi deyib ki, bu şəkilləri görəndə əsəb keçirirəm” 24saat.org -a müraciət edən şəhid Şükürov Hikayət Süleyman oğlunun həyat yoldaşı Qönçə Şükürova üzləşdiyi problemlə bağlı şikayətini dilə gətirib. Q.Şükürovanın sözlərinə görə, həyat yoldaşı və daha 18 şəhidin şəkli uzun illər bundan öncə Binəqədi Neft Şirkətinin qarşısındakı divara vurulsa da, dünən ziyarətə gedən zaman şəkillərin heç birini yerində görməyib. Bunun səbəbini öyrənmək üçün şirkət yetkililəri ilə görüşmək istəsə də, görüşə icazə verilməyib. Şikayətçi sadəcə bunu öyrənə bilib ki, 19 şəhid şəklinin yoxa çıxmasına səbəb idarənin rus yetkilisinin verdiyi göstəriş olub: “Həyat yoldaşım H.Şükürov 1993-cü ilin iyun ayında Ağdamın Əhmədabad kəndində tank qarışıq yox olub. Daha doğrusu, o, tankı ilə birlikdə mühasirəyə düşüb, tankı partladılıb, özü isə şəhid olub. Hərbi komissarlıq mənə onunla bağlı itkin kağızı verdi. Mən məhkəməyə müraciət etdim. Məhkəmənin qərarı ilə mənə ölüm şəhadətnaməsi