Eldar Mahmudovun “kölgə kabineti”ndə “dollar qiyamı”

MTN generalları sabiq nazirə qarşı birləşir…



Bir müddət bundan öncə mediada sabiq MTN rəhbəri Eldar Mahmudovun tabeçiliyindəki bəzi generallar və yaxın çevrəsindən “kölgə kabineti” formalaşdırdığı, baş nazir gəldikdən sonra onları müxtəlif nazirliklərin rəhbərliyinə gətirməyi planlaşdırdığından bəhs olunmuşdu. O da vurğulamışdı ki, E.Mahmudov bu məqsədlə həmin şəxslərin bəzisindən milyonlarla dollar məbləğində “şirinlik” alıb.

Bu gün 24saat.org-a daxil olan məlumatda sabiq nazirin “kölgə kabineti” ilə bağlı yeni informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, “MTN işi” ilə bağlı istintaqın uzanması, vəziyyətin yaxşılığa doğru dəyişəcəyi, ən azından ictimai və siyasi təzyiqlərin azalacağı ilə bağlı gözləntilərin özünü doğrultmaması, onlarla vətəndaşın onlara dəyən zərəri təkidlə tələb etməsi “kölgə kabineti” daxilindəki ənənəvi “dotluq və qardaşlıq” atmosferini ortadan qaldırıb. Belə ki, vaxtiylə bir neçə istiqamətdən külli miqdarda pul əldə edən, bu günsə həm hüquq-mühafizə orqanlarının, həm də media və ictimai nəzarətin altına düşən və əksər gəlir yerlərindən məhrum olan kabinet üzvlərində E.Mahmudova qarşı etiraz və narazılıq hisləri baş qaldırmaqdadır.

Generalların bəzisi hesab edir ki, sabiq nazir ən azından onlardan alınan “şirinlikləri” geri qaytarmalı, onların düşdüyü ağır maddi vəziyyəti nəzərə almalıdır. Onların fikrincə, bu pulların geri qaytarılması bəzi şikayətçiləri susdurmağa, onlara dəyən zərəri ödəməyə imkan verəcək ki, bu da indiki situasiyada olduqca vacibdir.

Mənbənin sözlərinə görə, artıq bəzi generallar öz istəklərini müxtəlif vasitəçilərin dili ilə E.Mahmudova çatdırıb. Mənbə hesab edir ki, prosesin uzanması “kölgə kabineti” daxilində “dollar qiyamı”nın genişlənməsinə, generalların E.Mahmudovla açıq şəkildə üz-üzə gəlməsinə səbəb olacaq.

Bu blogdaki popüler yayınlar

Türkiyədə həbsdə olan FƏTÖ-çunun oğlu Göyçayda zavod işlədir: tükürpədici faktlar/Foto

Qüdrət Qurbanov Bəylər Əyyubovu niyə hədəfə gətirmək istəyir?

İlhamsancmalar