Çovdarov işi: “GEN” MMC-dən “Sevil massivinə”dək – Tükürpədən faktlar



Bir zaman varıydı, hər həftə Prezident Administrasiyası önündə aksiyalar keçirilərdi. PA rəsmiləri etirazçıları qəbul edər, dinləyər, sonra dərdinə burada dərman olmadığını deyib prokurorluğu göstərərdi.

Aksiyaçılar prokurorluğa, oradan məhkəməyə üz tutardı…Və belə-belə həftələr ayları, aylar illəri əvəzləyər, təqvim dəyişər, nəticə dəyişməzdi.

Son qurban kimdir?

İndi-indi məlum olur ki Bakıda fırıldaqçı tikinti şirkətlərinin dalbadal tələsinə düşən bu insanları iş adamları ilə üzbəüz qoyan MTN-dəki ifşa edilmiş şəbəkə imiş.

Eldar Mahmudov-Akif Çovdarov tandemi paytaxtda binalar inşa edən MTK rəhbərlərinin xirtdəyindən elə yapışırmış ki, sahibkar da payçını aldatmağa təhrik olurmuş.

24saat.org MTK-ların MTN-nin caynağına necə keçməsi və hansı tikinti firmalarının qurban olması haqda media üzərindən statistik arayış hazırlayıb:

Belələrindən sonuncusu “Sevil” massivi olub. “Sevil” massivi ilə bağlı cinayət işinin başlanması barədə sifarişin də E.Mahmudov tərəfindən gəlməsi iddia edilir.

E.Mahmudov həmin ərazilərdə öz tikinti şirkəti vasitəsi ilə evlər tikmək istəyirmiş. “Sevil” massivinin vəzifəli şəxslərinin məhkəmədə susması təzyiqlərin nəticəsidir.

İttihama əsasən kooperativin təsisçisi Aynur Zeynalovun kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olaraq 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınıblar.

Onlar habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə ediblər.

15 milyona 15 il həbs

“Sevil” MTK sonuncu olsa da, birinci yerdə məşhur “GEN” MMC qərarlaşıb. Ölkədə ən səs-küylü cinayət işlərindən biri və vətəndaşların ilk aldadıldığı firma məhz adı çəkiləndir.

4

Şirkətin rəhbəri Elbrus Əliyev olub. 15 il müddətinə azadlıqdan məhrum edilən Elbrus da susmağa üstünlük verib. O, məhkəmə proseslərində susmaqla pulların hara xərcləndiyini bildirməyib.

Şəriki Asif Ələmov isə eyham vurub: “Şirkətə elə adamlar gəlib-gedirmiş, onların adlarını çəkməyə qorxub. Onların adını burada sadalasam, tükləriniz biz-biz dayanar. Biz qorxuruq, ad çəkmirik”.

Bu qaranlıq işlərlə məşğul olan Akif Çovdarov kimi adamlar olub. Elbrus Əliyev bu qədər pulu özbaşına mənimsəyə bilməz. Düzdür, o, əvvəllər iki dəfə dələduzluq ittihamı ilə mühakimə edilib.

Azadlığa çıxandan sonra Əliyar Abbasov, Həbib Ağayev, Nəbi Məmmədov, Asif Ələmov, İlkin Səfərov, Ramin Əliyev, Kamran Əhmədov, mərhum yazıçı Əzizə Cəfərzadənin nəvəsi Mehparə Cəfərzadəni başına toplayaraq, “GEN” MMC tikinti şirkəti qurub. Bu şəxslər Bakıda 300-dən çox vətəndaşın pulunu mənimsəyib.

General onu həbsdən qurtardı

Siyahı bitmir. “Şakir” MMC 125 nəfərin 3,5 milyonunu yeyib. Şirkətin rəhbəri Şakir Hüseynov barəsində 10 il 6 ay müddətinə hökm elan edilib. Hələ o vaxtdan Şakirin Akif Çovdarovla yaxın olması sirr deyildi.

3

Bundan əlavə, “Şərur” MTK sahibi İsfəndiyar Axundovun şəriki Nazim Hüseynova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320-ci (rəsmi sənədləri saxtalaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. İttihama görə o, vətəndaşları evlə təmin etmək adı ilə onlardan pullarını alıb.

Əvəzində Xətai rayonu General Şıxlinski və Telnov küçələrində inşa etdiyi binalarda mənzillər verəcəyini vəd edərək, vətəndaşlarla saxta müqavilələr bağlayıb.

Məhkəmə ona 70-ci (şərti cəza) maddə tətbiq etməklə 3 il sınaq müddətinə məhkəmə zalından azadlığa buraxıb. Səbəbisə o vaxtlar Akif Çovdarovun yüksək səviyyədə sözünün keçməsi olub.

“Lalə-H” tikinti şirkətinin rəhbəri Hüseynbala Quliyev, “Eyfel” MMC-nin baş direktoru Yavər Qurbanov vətəndaşları aldadaraq pullarını MTN-dəki çeteyə “haqq” verməli olublar.

Hərbçinin intiharı, sahibkarın yandırılması

2013-cü il. Oktyabrın 14-ü. Saat 22.00 radələrində “Oray” MMC tikinti şirkətinin rəhbəri Qaşqay Həsənov özünü asır.

Onun meyiti şirkətin Binəqədi rayonu, 6-cı mikrorayon, 1410-cu keçid, ev 15/2-də yerləşən ofisində aşkar edilir.

Şirkət rəhbərinin özünü öldürməsinin səbəbləri haqda məlumat verilməsə də, sonradan onun küllü miqdarda borca düşməsi məlum olur. O, hərbçi olub. Qarabağ müharibəsinda xidmətlərinə görə, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

“Qayğı mənzil xidmət” kooperativinin təsisçisi Xanbəyi Zamanov isə qətlə yetirilir. Maşında yanan şəxs əvvəlcə “Naqan” tipli tapança ilə atəş açılaraq bir dəfə başından vurulub. Qətlə yetirildikdən sonra isə maşınla birlikdə yandırılıb.

5

Məlum olub ki, mərhum “Şakir” MTK-nın rəhbəri Şakir Hüseynovla uzun müddət məhkəmə çəkişməsində olub.

X.Zamanovu qətlə yetirən 1982-ci il təvəllüdlü Abdullayev Nemət istintaqa verdiyi ilkin ifadəyə görə, bu hadisəni qanunsuz nikahda yaşadığı 1983-cü il təvəllüdlü Əzimova Samirə Əvəz qızı ilə birlikdə törədib.

Bu günə MTN qurbanları arasında MTK sahibləri var. Məsələn, zərərçəkmiş qismində adı keçən “Şahbulaq” MTK-nın sədri Nəsib Əliyev 13 il müddətinə azadlıqdan məhrum edilib. “Azərtikinti ATF” MMC-nin rəhbəri Azər Quliyev həbsxanada dünyasını dəyişib. Çovdarovun məhkəməsində sonuncu adı keçən işlərə də baxılır.

Bu blogdaki popüler yayınlar

Türkiyədə həbsdə olan FƏTÖ-çunun oğlu Göyçayda zavod işlədir: tükürpədici faktlar/Foto

Qüdrət Qurbanov Bəylər Əyyubovu niyə hədəfə gətirmək istəyir?

İlhamsancmalar