Mikayıl Cabbarov Abel Məhərrəmova qarşı

 Təhsil naziri Mikayıl Cabbarov Bakı Dövlət Universitetini (BDU) nəzarətə götürmək istəyir.



Məlumata görə, təhsil naziri bütün səylərini Abel Məhərrəmovun rektor vəzifəsindən çıxarılmasına yönəldib. Məlumat üçün deyək ki, Mikayıl Cabbarov təhsil naziri təyin olunduqdan sonra bir neçə ali təhsil ocağını nəzarətə götürə bilib. Bu sırada İqtisad Universitetini, Slavyan Dilləri Universitetini və Pedaqoji Universiteti göstərmək olar. İqtisad Universitetinin yeni rektoru Ədalət Muradov İqtisadi İnkişaf Hazirliyində Mikayıl Cabbarovla işləyib. Slavyan Dilləri Universitetinin rektoru Hurlana Əliyeva və Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov da Mikayıl Cabbarova yaxın şəxsdir.

Məlumatda bildirilir ki, Abel Məhərrəmovu yerindən tərpətmək təhsil naziri üçün o qədər də asan deyil. Abel Məhərrəmov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə arxayındır. Hazırda universitet faktiki olaraq PA rəhbərinin nəzarətindədir. Deməli, Mikayıl Cabbarov istəyini reallaşdırmaq üçün Ramiz Mehdiyevlə üz-üzə gəlməli olacaq.

Bu blogdaki popüler yayınlar

Türkiyədə həbsdə olan FƏTÖ-çunun oğlu Göyçayda zavod işlədir: tükürpədici faktlar/Foto

Qüdrət Qurbanov Bəylər Əyyubovu niyə hədəfə gətirmək istəyir?

İlhamsancmalar