Heydər Əliyevin Siyasi karuselinin davamı

 Çox deyil, bir neçə gün öncə Azərbaycanımızda Milli Məclisə seçkilər adı altında YAP-şou oldu.

Diqqət etdinizsə, “baş tutdu” yazmadım, çünki, 7 noyabrda olsa-olsa YAP iqtidarsızlığı tərəfindən seçkinin başı tutuldu…
Təvazökarlıqdan İlham Əliyevin demokratiyadan olduğu qədər uzaq olsa da, bildirim ki, bəndəniz hələ seçki marafonu başlamazdan həftələr əvvəl tanınmış yazar Natiq Ədilovla danışarkən bu iqtidarsızlığın demokratik kəsimdən 3 nəfərin millət vəkili kimi haqqını tanıyacağını bildirmışdim.
Natiq bəy “3 nəfər” kəlməsini eşidib “Allahın olsun, bəy” demişdi. Bu mən, bu YAP, bu da ALLAH!..
Xalqın bu seçkilərdəki seçimsizliyini izləmək çox əzablı idi.
Ona görə yox ki, nəticələr əvvəldən bəlli idi, ona görə ki, hamı müxalifət təmsilçilərinə səs verib, müqəddəs səslərinin qutulardan çıxacağına ümid edərkən, İlham Əliyev “karusel” düyməsinə basmışdı.
Və beləliklə də, onu idarə edən YAP iqtidarsızlığı hər zaman olduğu kimi yenə də kütlənin ümidini qırdı.
Yəni Heydər Əliyev siyasi kursu uğurla davam etdirildi…
Və seçki günün sonu – haqqını tələb edən hər kəs məntəqələrdən qovulur, döyülür və həbs olunur, demokratiya dünyanın gözünə baxa-baxa təhqir edilir.
MSK-nın qırmızı-qırmızı elan etdiyi nəticələrə görə, Azərbaycanı müstəqil edən KİŞİLƏR kimliyi məlum olmayanlara məğlub elan edilir, Etibar Hüseynli, Fərəc Quliyev deputat olur.
Bu həm də 1989-cu ildən 1992-ci ilədək davam edən Azadlıq Hərəkatının və bu Hərəkatın əsas fiquru olan Azərbaycan insaninin, müstəqillik uğrunda canlarından keçən ŞƏHİDLƏRİN təhqir olunması idi.
Çünki onlar bu gün  siyasi mənşəyi məlum olmayanlara uduzdurulan şəxslərin yoluda Şəhid olmuşdular.
Bunu YAP bilmir, bəs SƏN!
Axı onlar Şəhid olarkən, YAPçılardan fərqli olaraq, sən orada, indi olmalı olduğun yerdə – MEYDANDA idin!
Durun istirahət etdik bəsdi, yolçu yolda gərək, gedək, meydan darıxır axı!

Bu blogdaki popüler yayınlar

Türkiyədə həbsdə olan FƏTÖ-çunun oğlu Göyçayda zavod işlədir: tükürpədici faktlar/Foto

İlham Əliyevin gəlişi adı ilə Füzulidə pul yığılır – Faktlar

Qüdrət Qurbanov Bəylər Əyyubovu niyə hədəfə gətirmək istəyir?